18 dekabr 2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda I Milli Konfrans təşkil olundu. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası məsələləri, həmçinin son iki il ərzində qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizədə əldə olunmuş nəticələr, bu sahədə olan çətinliklər və qarşıda duran problemlərin aradan qaldırılması məsələləri konfransda geniş müzakirə olundu.
Məlumdur ki, qeyri-infeksion xəstəliklərin yükü dedikdə Azərbaycanda və dünyanın bütün ölkələrində ürək-damar, onkoloji xəstəliklər, şəkərli diabet və ağçiyər xəstəliklərinin profilaktikası və onların yükünün azaldılmasından söhbət gedir və burada multidissiplinar yanaşmanın tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Konfransda ürək-damar, onkoloji xəstəliklər, şəkərli diabet və ağciyər xəstəliklərinin profilaktikasına dair məsələlərə xüsusi yer ayrıldı, onların risk faktorları və o cümlədən fiziki aktivliyin olmaması, artıq çəki və piylənmə, duzun həddən artıq istifadəsi və spirtli içkilərdən sui-istifadə hallarının aradan qaldırılması, ümumiyyətlə, qeyri-infeksion xəstəliklərin iqtisadi yükünün azaldılması üçün aparılan tədqiqatlar və araşdırmaların nəticələri geniş müzakirə edildi.
Daha çox