Abstrakt.
Canlı donordan qaraciyər transplantasiyası. Donor orqanların çatışmazlığı qaraciyər transplantasiyana məhdudiyyətlər yaradır. ABŞ- da, məsələn, hər il 6.000 qaraciyər transplantasiyası həyata keçirilir. Lakin, hər il 2.000-dən çox xəstə qaraciyər transplantasiyası almadığı üçün ölür. Canlı donordan qaraciyər transplantasiyası daha çox xəstəyə qaraciyərin köçürülməsi imkanı yaradır. Sol payın lateral seqmentinin canlı donordan alaraq resipiyentə köçürülməsi pediatrik xəstələrdə çox uğurlu nəticələr verir. Bəzi transplantasiya mərkəzlərində qaraciyərin sağ payının və daha az hallarda sol payının yaşlı donordan yaşlı resipiyentə köçürülməsi həyata keçirilir. Canlı donordan qaraciyərin köçürülməsinin aşağıdakı üstünlükləri var: • donorun geniş müayinəsi və ya skrininqinin aparılması (yararlığının yoxlanılması), • transplantasiya əməliyyatı üçün ən optimal vaxtın təyin edilməsi və • soyuq işemiya vaxtının qısa olması. Bununla yanaşı canlı donordan qaraciyərin köçürülməsi (CDQK) həm də qaraciyərə ehtiyacı olan resipiyentlər arasında ölüm hallarının azalması (mortalite) ilə bağlıdır. Bu isə ölü donordan qaraciyəri gözləyərkən ölən xəstələrlə müqayisədə daha azdır. Düzdür, qeyd olunmalıdır ki, CDQK-i donor olan birisini risk altına qoymuş olur. ABŞ-da CDQK Eurasian Journal of Clinical Sciences, V1, 2017 Avrasiya Klinik Elmlər Jurnalı, V1, 2017 2 halları 2001-ci ildə zirvəyə çatmış, lakin 2002-ci ildə iki donorun ölümü səbəbindən əməliyyatlara maraq və onların sayı xeyli azalmışdır. 2001-c ildə ABŞ-da canlı donordan 519 qaraciyər transplantasiyası köçürülmüşdürsə, 2003-cü ildə bu rəqəm cəmmi 320 olub. Bu enmənin səbəbi isə əməliyyatın özü ilə bağlı potensial ağırlaşmalara dair narahatçılığın artması olmuşdur. Ümumiyyətlə isə 2004-cü ilədək ABŞ-da 1300-dən çox CDQK-nin əməliyyatı aparılıb