Delta problemi hepatologiya sahəsində ən ciddi müzakirələrə səbəb olan tibbi və sosial problemə çevrilib. Bu səbəbdən də APASL təşkilatının STC (tək mövzu üzərində qurulmuş) 2019 Konfransı məhz ilk dəfə hepatit D-yə həsr olunub. Hepatit Delta yalnız HBV infeksiyası ilə yanaşı meydana gəldiyinə görə, hepatit B, onun epidemiologiyası, müalicəsi və müasir farmasevtik preparatların icad edilməsində yeni üfüqlər və s. bu kimi mühüm məsələlər konfransın müzakirə mövzularından olub.
Konfransın elmi proqramında Delta və B hepatitləri üzrə dünyanın aparıcı mütəxəssisləri öz təqdimatları ilə çıxış edib, iştirakçılarla geniş müzakirələr aparıb. Bu konfrans, aparıcı klinik mütəxəssislər və tədqiqatlarla görüşmək və qarşılıqlı əlaqə yaratmaq və hepatologlar üçün son məlumatları əldə etmək üçün mükəmməl bir imkan yaradıb.
Daha çox