Qida təhlükəsizliyi üzrə təlim kursu.
"Azəri Toksikoloqlarının Dərnəyi" təşkilatçılığı, “Uptodate İn Medicine” və Avrasiya Kliniki Elmlər Jurnalının (www.ejcs.org) informasiya və texniki dəstəyi ilə 1-3 noyabr 2018-ci il tarixlərində “Qida təhlükəsizliyi" üzrə təlim kursu keçiriləcəkdir.
Mövzular:
- Qida təhlükəsizliyi probleminin açıqlanması.
- Qida gigiyenasının əsasları
- Qida təhlükəsizliyinin hüquqi tənzimlənməsi.
- Sanitariya tələbləri və epidemioloji nəzarət
- Qida zəhərlənməsindən əziyyət çəkən xəstələrdə ilkin qiymətləndirmə və tibbi yardım
- Qida mənşəli xəstəliklərin kontrolu
- Tullantıların idarə edilməsi
- Qida sahəsində çalışanlara tibbi nəzarətin təşkili
- Qida istehsalı, daşınması, saxlanması, paylanması və digər mərhələlərdə qida mənşəli xəstəliklərin profilaktikası
- Qida zəhərlənməsi ilə bağlı ishal və qusmanın müalicəsi
- Verotoksin ifraz edən E.coli
- Hepatit A
- Qida ilə əlaqəli dəri xəstəlikləri
- Qida ilə əlaqəli göz, qulaq və ağız boşluğu xəstəlikləri
- Qeyri-infeksion mədəbağırsaq pozuntuları
Təlimçilər: Dr İsmayil Əfəndiyev, Dr İmran Abdullayev, Dr Sevinc Nəsirova.
Təlim kursu hər gün yarımgün olmaqla 3 gün davam edəcəkdir; çay-kofe fasiləsi təmin ediləcəkdir. Təlimdə iştirak etmiş müdavimlərə iştirak haqqında sertifikat təqdim ediləcək; həkimlərə isə əlavə olarak 10 DTT krediti veriləcəkdir. Kursa qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurub göndərmək tələb olunur. Ətraflı məlumat üçün: +994-12-480-38-75, +994-55-675-44-24. Email:mammadovamarziyya@gmail.com and info@uimconsulting.com.
Perinatologiya & Ginekologiya: müasir aspektlər.
Respublika Perinatal Mərkəzi
"Perinatologiya və Ginekologiya. Mama-ginekologiyada diaqnostika və müalicənin müasir və aktual məsələləri." mövzusunda keçiriləcək beynəlxalq təlim kursu.
Auditoriya: perinatologiya üzrə mütəxəssislər, mama-ginekoloqlar, pediatrlar, neonatoloqlar
Təşkilatçılar:
- Səhiyyə Nazirliyi Respublika Perinatal Mərkəzi
- Türkiyə Jinekoloji və Obstetrik Dernegi
Texniki dəstək və tərəfdaş:
- Uptodate İn Medicine LLC
- Avrasiya Klinik Elmlər Jurnalı
daha ətraflı:
Perinatologiya & Ginekologiya: müasir aspektlər.
Neonatologiya üzrə İntensiv Beynəlxaq Təlim Kursu
19-21 iyun 2018-cil il
Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Neonatologiya Cəmiyyəti və Türkiyə Neonatologiya Cəmiyyəti ilə birgə təşkil edilən və Türkiyənin aparıcı neonatoloqlarının iştirakı ilə keçirilən bu beynəlxalq təlim kursu Neonatologiya sahəsində müasir bilik və praktik bacarıqların öyrədilməsinə həsr edilib.
daha ətraflı:
Neonatologiya üzrə İntensiv Beynəlxaq Təlim Kursu
PALS - İrəliləmiş Pediatrik Tibbi Yardım
PALS - İrəliləmiş Pediatrik Təcili Yardım kursu - Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsili və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün hazırlanmış təlim kursudur.
PALS kursu uşaqlarda aritmiyaların diaqnostikasına və ürək-ağciyər pozğunluqları, o cümlədən ürək dayanması və respirator çatışmazlıq hallarının vaxtında aşkar edilməsi və müalicəsinin öyrədilməsinə yönəlib.
Kursun hədəfləri:
PALS kursunu bitirdikdə hər bir iştirakçısı aşağıdakı bacarıqlara yiyələnmiş olacaqdır:
- Körpələr və ya yuxarı yaşlı uşaqlarda tənəffüs çatmamazlığı və şok simptomlarının müəyyənləşdirilməsi və müalicəsi
- Uşaq ürək-ağciyər canlandırması bacarıqları.
- Uşaq ürək-ağciyər dayanması hallarının qarşısının alınması, erkən aşkar edilməsi və uğurlu reanimasiya tədbirlərinin tətbiqi.
- Reanimasiya tədbirləri zamanı komanda işi və psixomotor vərdişlərin nümayiş etdirilməsi.
daha ətraflı
PALS - Irəliləmiş Pediatrik Tibbi Yardim