e-ISSN: 2617-7668     print ISSN: 2522-9176
Hemofiliya xəstəliyinin yayılma səviyyəsinin iqtisadi və inzibati rayonlarda xüsusiyyətləri
##common.pageHeaderLogo.altText## AVRASİYA KLİNİK ELMLƏR JURNALI

Annotasiya

Tədqiqatın məqsədi. Azərbaycanın iqtisadi və inzibati rayonlarında hemofiliya xəstəliyinin yayılma səviyyəsinin xüsusiyyətlərinin öyrənilməsi.

Tədqiqatın materialları və metodları. Tədqiqatın təqdim olunan hissəsi Azərbaycanın 4 iqtisadi (Naxçıvan, Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz) və 17 inzibati (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən) rayonunun məlumat bazasına əsaslanmışdır. İlkin məlumat kimi Respublika Klinik xəstəxanasının hemotoligiya şöbəsində və onun bazasında yerləşən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hemotologiya kafedrasının hemofiliya registrinin məlumatları istifadə olunmuşdur.

Bu regionlar üzrə 2015-ci ilin sonunda qeydiyyatda olan xəstələr yaşa görə qruplaşdırılmış (0-4, 5-13, 14-18, 19-44, 45+) və hər 100 min ayrı-ayrı yaş qrupunda olan əhaliyə düşən hemofiliya xəstəliyinin sayı müəyyın edilmişdir. Regionlarda əhalinin yaşı barədə məlumat Dövlət Statistika Komitəsinin rəsmi saytından götürülmüşdür.

Məlumatların statistik işlənməsi keyfiyyət əlamətlərinin təhlili metodları ilə Excel proqra-mının “məlumatların analizi” zərfinin köməyi ilə həyata keçirilmişdir. Hemofiliyanın əhalinin yaşından asılı yayılma səviyyəsinin dinamikası ən kiçik kvadratlar metodu ilə qiymətləndirilmiş, əsas trendin yaxşı approksimasiyasını təmin edən reqressiya tənlikləri seçilmişdir.

Alınmış nəticələr. Azərbaycanın Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz və Naxçıvan iqtisadi rayonlarında hemofiliya xəstəliyinin ayrı-ayrı yaş qruplarında olan əhali arasında yayılması barədə məlumatlar 1-ci cədvəldə əks olunmuşdur.

Məqalə ilk dəfə Sağlamlıq Jurnalında (ISBN-5-8035-0168-9) dərc edilmişdir.

Biblioqrafik istinadlar

Дашкевич Э.В., Ольковик Ю.В., Рудб М.С. и др. Анализ распростра-ненности гемофилии в республике Беларусь // Медицинские новости, 2014, №9, с. 29-30

Кудрявцева Л.М., Плющ О.П., Копылов К.Г. и др. Характеристики алгоритмов гемостатической терапии гемофобии // Проблема гематологии и переливание крови. 2006, №2, с. 41-46

Полянская Т.Ю. Современные представления о патогенезе, профилактике и лечении гемофобии, осложненной развитием ингибитора // Гематология и трансфузиология, 2002 №3, с.38-42.

Стентон Г. Медико-биологическая статистика. Москва. Практика. 1999. 459 с.

Canadian Hemophilia Registry. http://www.fhs.memaster./ca/chr/ Accessed February, 2014

Sackson S.C., Yang M., Minuk Z. et al. Prophylaxis in order Canadian adults with hemophilia A: lessons and more questions// BMC Hematology, 2015, 15:4

Petkova R., Chakarov S. and Kremensky I. Genetic analysis of hemophilia A in Bulgaria // BMC Blood Disorders, 2004 4:2

Zozulya N.J., Phyushch O.P., Kopylov K.G., Severova T.V. Russian register of patients with inhibitor hemophilia // XXVIII International Congress of the World Federation of Hemophilia 2006,12,2:07 p. 212