e-ISSN: 2617-7668     print ISSN: 2522-9176
Материалы I Национальной Конференции "Экономические последствия неинфекционных заболеваний и эффективные превентивные стратегии"
##common.pageHeaderLogo.altText## ЕВРАЗИЙСКИЙ ЖУРНАЛ КЛИНИЧЕСКИХ НАУК

Аннотация

18 dekabr 2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda I Milli Konfrans təşkil olundu. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası məsələləri, həmçinin son iki il ərzində qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizədə əldə olunmuş nəticələr, bu sahədə olan çətinliklər və qarşıda duran problemlərin aradan qaldırılması məsələləri konfransda geniş müzakirə olundu.

Məlumdur ki, qeyri-infeksion xəstəliklərin yükü dedikdə Azərbaycanda və dünyanın bütün ölkələrində ürək-damar, onkoloji xəstəliklər, şəkərli diabet və ağçiyər xəstəliklərinin profilaktikası və onların yükünün azaldılmasından söhbət gedir və burada multidissiplinar yanaşmanın tətbiqi xüsusi əhəmiyyət daşıyır. Ona görə konfransda bütün aidiyyəti dövlət qurumları, habelə QHT və KİV-lərin nümayəndələri iştirak edirdilər.

Qeyri-infeksion xəstəliklərin profilaktikasına həsr olunmuş konfransın ikinci hissəsi elmi-praktik hissə oldu və burada ölkədə aparılan elmi araşdırmaların, tədqiqatların çarpaz sorğuları, nəticələri ilə ATU, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, İSİM, Milli Onkologiya Mərkəzi, Respublika  Endokrinoloji Mərkəzi və digər aparıcı institutların, mərkəzlərin nümayəndələrinin məruzələri, çıxışları dinlənildi. Bu hissədə məhz ürək-damar, onkoloji xəstəliklər, şəkərli diabet və ağciyər xəstəliklərinin profilaktikasına dair məsələlərə xüsusi  yer ayrıldı, onların risk faktorları və o cümlədən fiziki aktivliyin olmaması, artıq çəki və piylənmə, duzun həddən artıq istifadəsi və spirtli içkilərdən sui-istifadə hallarının aradan qaldırılması, ümumiyyətlə, qeyri-infeksion xəstəliklərin iqtisadi yükünün azaldılması üçün aparılan tədqiqatlar və araşdırmaların nəticələri geniş müzakirə edildi.