2023-cü ilin dekabr ayında AzRAC-in 1-ci Milli Konqresi keçirilmişdir. Konqresdə milli və beynəlxalq mütəxəssislər müxtəlif aktual mövzular ətrafında geniş təqdimatlar etmiş, maraqlı müzakirələr aparılmışdır. Konqresə təqdim olunmuş və Elmi Komitə tərəfindən seçilmiş tezislər Konqresin Tezislər Toplusunda dərc olunub.
AzRAC-ın tarixi.
1976-cı ildə professor A.Ə. Axundbəyli tərəfindən təsis edilmiş Anestezioloq Reanimatoloqların Elmi-Tibbi cəmiyyətinin davamçısı olaraq 19.07.2017 tarixində müstəqil Azərbaycan Respublikasında Azərbaycan Reanimatoloqlar-Anestezioloqlar Cəmiyyəti (ARAC) yaradılmışdır.
Cəmiyyətin anesteziologiya və reanimatologiya sahəsində əsas məqsədləri: