e-ISSN: 2617-7668     print ISSN: 2522-9176
Antixolinesteraz maddələr ilə zəhərlənmə
##common.pageHeaderLogo.altText## AVRASİYA KLİNİK ELMLƏR JURNALI

Annotasiya

Giriş: Kəskin antixolinesteraz pestisidlər ilə zəhərlənmələr səhiyyənin qlobal mühüm problemidir. Təxminən il ərzində dünya miqyasında pestisiddən qəsdən zəhərlənmələrin sayı 350.000-440.000 təşkil edir. Ölüm ilə nəticələnməyən pestisid ilə zəhərlənən xəstələrin sayının isə daha çox olduğu güman edilir. Lakin, qanunvericilik normativləri, təhlükəsizlik qaydalarının maarifləndirilməsi və xəstələrə qulluğun yaxşılaşdırılması kimi lazımi tədbirlərin köməyi ilə pestisidlər ilə zəhərlənmələrin qarşısını almaq və minimuma endirmək olar.
Metodologiya: Bu retrospektiv tədqiqatın məqsədi 12 il müddətdə (2009-2020) Klinik Toksikologiya Mərkəzinə (KTM) qəbul olunmuş antixolinesteraz maddələr ilə zəhərlənən xəstələrin epidemiologiyasına və klinik aparılmasına dair topladığımız məlumatların təsvir edilməsi sayılır.
Nəticələr: Tədqiqat dövrü ərzində KTM-nə 26.132 xəstə hospitalizasiya olunmuş, onlardan 23.233 nəfəri müxtəlif toksik maddələr ilə zəhərlənmələrə görə, 562 nəfəri isə (2,4%) fosfor-üzvlü pestisidlər zəhərlənmələrdən müalicə almışdır. Bu dövrdə KTM-də fosfor-üzvlü insektisidlər ilə zəhərlənmələrə görə müalicə alan xəstələrin 68,7%-i intihar xarakterli olmuş, digərləri isə təsadüfən peroral və ya iş yerində tənəffüs yolları ilə inhalyasiyası nəticəsində baş vermişdir. Antixolinesteraz pestisidlər ilə zəhərlənən xəstələrdə ən çox görülən klinik əlamətlər - mioz (99%), bradikardiya (92%) və bronxoreya (89%) idi. Qıcolmalar, tənəffüs çatışmazlığı və komatoz vəziyyət, intubasiya və ağciyərlərin süni ventilyasiyasını tələb edən ağır zəhərlənmiş 97 (17,2%) xəstə olmuşdur.
Xəstələrə ümumi dəstəkləyici tədbirlər (dekontaminasiya, tənəffüs dəstəyi) ilə yanaşı spesifik farmakoloji müalicə (atropin və diazepam) aparılmışdır. Oksimlərin tətbiq edilməməsi onların Azərbaycanda mövcud olmaması ilə əlaqədar olmuşdur.
KTM-də ümumi tətbiq olunan atropinin ən yüksək dozası 1000 mq idi. Lakin, xəstələrin əksəriyyətində atropinin ümumi dozası 200 mq-a qədər təşkil etmişdir.
Yekun: Azərbaycanda antixolinesteraz pestisidlər ilə kəskin zəhərlənmələr tez-tez müşahidə olunmamasına baxmayaraq, ağırlığına, mümkün ağırlaşmalarına və xəstəxana xərclərinə görə vacib klinik xüsusiyyətli patologiya sayılır. Bakıda yerləşən Klinik Toksikologiya Mərkəzi kəskin zəhərlənmələrin müalicəsi ilə yanaşı, cəmiyyətdə müxtəlif toksiki risklərin aşkar edilməsi, müəyyənləşdirilməsi və qiymətləndirilməsinə dair, həmçinin pestisidlər ilə zəhərlənmələrin qarşısının alınması üçün ictimaiyyətin məlumatlandırılmasına yönəlmiş tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün mütəmadi olaraq toksikoloji nəzarət üzrə tədbirlər aparır.

Biblioqrafik istinadlar

Steindl D, Boehmerle W, Körner R et al. Novichok nerve agent poisoning. Lancet. 2020 Dec 22; S0140-6736(20)32644-1. doi: 10.1016/S0140-6736(20)32644-1

World Health Organization. Managing pesticides in agriculture and public health - An overview of FAO and WHO guidelines and other resources July 2019, 64 p

Alinejad S, Zamani N, Abdollahi M, Mehrpour O. A Narrative Review of Acute Adult Poisoning in Iran. Iran J Med Sci. 2017;42(4):327-346

Kır MZ, Öztürk G, Gürler M, Karaarslan B, Erden G, Karapirli M, Akyol Ö. Occupational acute pesticide poisoning: a cross-sectional study of Turkish vegetable and fruit farmers based on self-reported symptoms and job characteristics. J Forensic Leg Med. 2013 May;20(4):274-7

Tagwireyi D, Patience Chingombe P, Star Khoza S, Maredza M. Pattern and Epidemiology of Poisoning in the East African Region: A Literature Review. Journal of Toxicology. 2016; 2016:8789624

Kanchan T., Menezes R. G., Kumar T. S., Bakkannavar S. M., Bukelo M. J., Sharma P. S., Rasquinha J. M., Shetty B. S. Toxicoepidemiology of fatal poisonings in Southern India. J Forensic Leg Med. 2010, V.17, N. 6, p. 344-347

Gunnell D, Eddleston M, Phillips MR, Flemming Konradsen F. The global distribution of fatal pesticide self-poisoning: Systematic review. BMC Public Health, 2007, 7:357

Afandiyev IN. Epidemiology of acute pesticide poisonings in Azerbaijan. 11th International HCH & Pesticides Forum. 7-9 September 2011. Gabala, Azerbaijan. Abstract Book

Эфендиев И. Н. Обзор случаев острых отравлений пестицидами в Азербайджане в 1991-2010 гг. Azərbaycan Təbabətinin Müasir Naliyyətləri. 2011, № 3, c. 47-50

Persson HE, Sjöberg GK, Haines JA et al. Poisoning severity score. Grading of acute poisoning. J. Toxicol. Clin. Toxicol. 1998; 36: 205-213

Eddleston M. Patterns and problems of deliberate self-poisoning in the developing world. QJM. 2000 Nov;93(11):715-31. doi: 10.1093/qjmed/93.11.715

Boedeker W, Watts M, Clausing P, Marquez E. The global distribution of acute unintentional pesticide poisoning: estimations based on a systematic review BMC Public Health. 2020 Dec 7;20(1):1875. doi: 10.1186/s12889-020-09939-0

Kır MZ, Öztürk G, Gürler M, et al. Pesticide poisoning cases in Ankara and nearby cities in Turkey: an 11-year retrospective analysis. J Forensic Leg Med. 2013;20:274–277

Slavica V, Dubravko B, Milan J. Acute organophosphate poisoning: 17 years of experience of the National Poison Control Center in Serbia Toxicology. 2018 Nov 1;409:73-79. doi: 10.1016/j.tox.2018.07.010. Epub 2018 Jul 25

Ko S, Cha ES, Choi Y, Kim J, Kim JH, Lee WJ. The Burden of Acute Pesticide Poisoning and Pesticide Regulation in Korea. J Korean Med Sci. 2018 Jun 20;33(31):e208. doi: 10.3346/jkms.2018.33.e208. eCollection 2018 Jul 30

Манчева ТС, Пынзару ЮВ, Сандуляк ЕВ. Анализ острых непрофессиональных отравлений пестицидами в Республике Молдова за период 2011-2016 гг. Сборник материалов Республиканской научно-практической конференции с международным участием «Здоровье и окружающая среда». Под ред. С. И. Сычика. 2017. с. 71-73

Caldas ED. Pesticide Poisoning in Brazil. In book: Reference Module in Earth Systems and Environmental Sciences. 2016. doi: 10.1016/B978-0-12-409548-9.10282-9

Razwiedani LL, Rautenbach PGD. Epidemiology of Organophosphate Poisoning in the Tshwane District of South Africa Environmental Health Insights. 2017. V11: 1–4

PDF (Русский)
PDF (Русский)

Açar sözlər

Azerbaijan
pesticides
organophosphate poisoning
atropine Азербайджан
пестициды
отравление фосфорорганическими соединениями
атропин Azərbaycan
pestisidlər
fosfor-üzvi zəhərlənmələr
atropin
Lisenziya Creative Commons

Bu iş mövcuddur Lisenziyalar Creative Commons «Attribution-NonCommercial-NoDerivatives» ("Attribution - Non-Commercial Use - No Derivatives") 4.0 Dünya Çapında .