e-ISSN: 2617-7668     print ISSN: 2522-9176
Azərbaycan Respublikasında uşaqlar arasında kəskin zəhərlənmələr
##common.pageHeaderLogo.altText## AVRASİYA KLİNİK ELMLƏR JURNALI

Annotasiya

Uşaqlarda kəskin zəhərlənmələr ciddi ictimai səhiyyə problemdir və uzun müddətli hospitalizasiyalara, ciddi ağırlaşmalara və hətta ölümə səbəb ola bilər.

Uşaqlarda kəskin zəhərlənmənin epidemioloji strukturu ölkələr arası fərqli olmaqla yanaşı, hətta bir ölkənin müxtəlif bölgələrində də əhəmiyyətli dərəcədə fərqlənir. Uşaqlarda kəskin kimyəvi zəhərlənmələrin qeydə alınması və epidemik halların aşkarlanması və sənədləşdirilməsi müvafiq profilaktik tədbirlərin görülməsi üçün xüsusi önəm daşıyır.

İnkişaf etmiş ölkələrdə, uşaqlar və böyüklər arasında kəskin kimyəvi zəhərlənmələrin böyük əksəriyyəti intihar, intihara cəhd və ya psixotrop, o cümlədən, narkotik maddələrin və spirtli içkilərin sui-istifadəsi ilə bağlıdır. Uşaqlar arasında kəskin zəhələrnmələrin əksəriyyətinin təsadüfi hadisələrlə bağlı olması, böyüklərlə müqayisədə, uşaqlar arasında ölüm və əlillik halları daha az rast gəlinir.

Bəzi tədqiqatçıların fikirlərinə görə, inkişaf etmiş ölkələrdə, uşaqların kimyəvi zəhərlənməsi əsasən aşağıdakı səbəblərdən qaynaqlanır: dərman vasitələri (dəmir tərkibli preparatlar, antidepressantlar, benzodiazepinler, parasetamol və oral kontraseptivlər), məişətdə istifadə edilən kimyəvi maddələr (xlor, yuyucu vasitələr və dezinfeksiyaedici maddələr), spirt tərkibli içkilər, eləcə də bağ bitkiləri və onların toxumları. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrdə uşaqlar arasında kəskin zəhərlənmələr əsasən karbohidrogenlər, pestisidlər, ənənəvi təbabət (türkəçarə), eləcə də zəhərli ilan və həşərat dişləməsi halları ilə bağlıdır.

Azərbaycan Respublikasında uşaqlarda kəskin kimyəvi zəhərlənmələrinin strukturunun öyrənilməsi bu məqalənin əsas məqsədidir. 

Bu işin məqsədi cari toksikoloji və epidemioloji vəziyyətin hərtərəfli qiymətləndirilməsi, eləcə də səkkiz il ərzində (2009-2016 il) Azərbaycanda uşaqlar arasında kəskin zəhərlənmə kurs və nəticəsi idi.

Biblioqrafik istinadlar

1. Woolf AD Poisoning in children and adolescents. Pediatr. Rev. 1993;14: 411-422
2. Gauvin F, Bailey B, Bratton SL. Hospitalization for Pediatric Intoxication in Washington State, 1987-1997. Arch Pediatr Adoles Med. 2001; 155: 1105-1110
3. Гребняк Н. П., Федоренко А. Ю., Коктышев И. В. Профилактика бытовых отравлений детского населения: эпидемиология, скрининг программа. Вестник гигиены и эпидемиологии. 2001; 5: 67-69
4. Akhtar S, Rani RG, Al-Anezi F. Risk Factors in Acute Poisoning in Children – A Retrospective Study. Kuwait Medical Journal. 2006; 38: 33-36
5. Rashid M, Sultana R, Ahasan N, Rasul HM. Seasonal variation of childhood poisoning. Pak J Med Sci 2007; 23: 443-445
6. Wiseman HM, Guest K, Murray VSG, Volans GN. Accidental Poisoning in Childhood: A Multicentre Survey. 1. General Epidemiology. Human Toxicol. 1987; 6: 293-301
7. Ozdogan H, Davutoglu M, Bosnak M, Tutanc M, Haspolat K. Pediatric poisonings in southeast of Turkey: epidemiological and clinical aspects. Hum Exp Toxicol. 2008; 27: 45-48
8. Andıran N, Sarikayalar F. Pattern of acute poisonings in childhood in Ankara: what has changed in twenty years. Turk J Pediatr. 2004; 46: 147–152
9. Flanagan RJ, Rooney C, Griffiths C. Fatal poisoning in childhood, England & Wales 1968–2000. Forensic Sci Int. 2005; 148: 121–129
10. Rajka T, Heyerdahl F, Hovda KE, Stiksrud B, Jacobsen D. Acute child poisonings in Oslo: a 2-year prospective study. Acta Paediatr. 2007; 96: 1355-1359
11. Lamireau T, Llanas B, Kennedy A, Fayon M, Penouil F, Favarell-Garrigues JC, et al. Epidemiology of poisoning in children: a 7-year survey in a paediatric emergency care unit. Eur J Emerg Med. 2002; 9: 9–14
12. Pawlowicz U, Wasilewska A, Olanski W, Stefanowicz M. Epidemiological study of acute poisoning in children: a 5-year retrospective study in the Paediatric University Hospital in Bialystok, Poland. Emerg Med J. 2013; 30: 712-716
13. Gheshlaghi F, Piri-Ardakani MR, Yaraghi M, Shafiei F, Behjati M. Acute poisoning in children; a population study in Isfahan, Iran, 2008-2010. Iran J Pediatr. 2013; 23:189-93
14. Ozdemir R, Bayrakci B, Tekşam O, Yalçin B, Kale G. Thirty-three-year experience on childhood poisoning. Turk J Pediatr. 2012; 54 :251-259
15. Persson HE, Sjöberg GK, Haines JA, Pronczuk de Garbino J. Poisoning severity score. Grading of acute poisoning. J. Toxicol. Clin. Toxicol. 1998; 36: 205-213.
PDF (Русский)
PDF (Русский)

Açar sözlər

acute poisoning
chemical hazards
drug overdose
Azerbaijan детские отравления
эпидемиология
Азербайджан kəskin zəhərlənmələr
kimyəvi maddələr
dərman zəhərlənmələri
Azərbaycan