Tədqiqatın məqsədi. Hemofiliya xəstəliyinin ağırlıq dərəcəsindən asılı stasionar müalicəsini tələb edən hemorragiya və onun təhlükəsi epizodlarının səbəbləri və tezliyini qiymətləndirmək.
Tədqiqatın materialları və metodları. Tədqiqat işi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hemofiliya Mərkəzində aparılmlşdır. Müşahidə vahidi – hemofiliya diaqnozu təsdiq olunmuş xəstə olmuşdur (252 nəfər). Xəstələrin 102 nəfərində ağır dərəcəli (faktorun aktivliyi <1%), 150 nəfərində orta ağır dərəcəli (faktorun aktivliyi 1 – 5%) hemofiliya diaqnozu qoyulmuşdur. Hemorragiya epizodları xəstəliyin davam müddətindən asılı olduğuna görə pasiyentlərin seçimində müşahidə müddəti əsas şərt kimi götürülmüşdür. Xəstəliyin diaqnozu təsdiq olunandan sonra birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı ay ərzində baş vermiş hemorragiya və onun təhlükəsi epizodları barədə məlumat xəstələrin fərdi müşahidə kartına əsasən qeydə alınmışdır. 6 aydan az müddətdə qeydiyyatda olan xəstələr müşahidə toplumuna daxil edilməmişdir. Ağır və orta ağır dərəcəli hemofiliya diaqnozu ilə müşahidəyə daxil etdiyimiz 102 və 150 xəstələrin hamısında 6 ay, onlardan 94 və 141 nəfərində 12 ay, 83 və 130 nəfərində 18 ay, 72 və 122 nəfərində 24 ay, 66 və 108 nəfərində 30 ay ərzində başvermiş hemorragiya epizodları barədə məlumat bazası toplanmşdır. Beləliklə, ağır və orta ağır dərəcəli hemofiliya diaqnozu ilə muvafiq olaraq 102 və 150 xəstənin 6942 və 11100 xəstə ay dövrü üçün baş vermiş 1122 və 1293 hemorragiya və onun təhlükəsi epizodu barədə məlumat əldə olunmuşdur. Nəticələr keyfiyyət əlamətlərinin statistikası metodları ilə işlənmiş, hər 6 aylıq dövrdə 100 xəstəyə düşən epizodların sayı, orta xətası hesablanmışdır.
Məqalə ilk dəfə Sağlamlıq Jurnalında (ISBN-5-8035-0168-9) dərc edilmişdir.
Hemofiliyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. PPPP 2015., 64 s.
Протокол ведения больных. Гемофилия. М.2005.141 с.
Кабаева Е.Н. результаты лечения острых гемартрозов и гематом у пациентов с гемофилией с применением методов электро- и криоте¬рапии // Медицинские новости, 2014,№3, с.67 – 71 .
Lucia F., Aznar J.A., Abad-Franch L., et al. Prophylaxis therapy in haemopilia A: current situation in spain /https:// hal. archives – ouvertes.fr / hal – 0059932
Блажневич И.А., Поспелова Т.И. Терапевтические проблемы больных гемофилией // Бюллетень сибирской медицины, 208, Т-7, с.9 – 10
Ragni M.V. Rationale for a randomized controlled trial comparing two prophylaxis regimens in adults severe hemophilia A: the Hemophilia Adult prophylaxis Trial // Expert Rev Hematol. 2011, 4(5), 495 – 507.
Стентон Г. Медико-биологическая статистика. Москва. Практика. 1999. 459 с.