e-ISSN: 2617-7668     print ISSN: 2522-9176
Süd vəzisi xərçəngi zamanı orqanqoruyucu əməliyyatların kombinəolunmuş və kompleks müalicə üsulları ilə kombinasiyası və yaşama göstəricilərinin təhlili
##common.pageHeaderLogo.altText## AVRASİYA KLİNİK ELMLƏR JURNALI

Annotasiya

Süd vəzi xərçəngi (SVX) qadın əhalisi arasında uzun müddətdir ki, aparıcı mövqedədir. Bu patologiya üzrə qadınlar arasında onkoloji xəstəliklərdən ölüm faizinə görə I yerdədir. Son zamanlar mammoqrafiyanın skrininq müayinə üsulu kimi geniş istifadə olunması, xəstəliyin erkən mərhələdə aşkarlanmasına imkan yaradır. Bununla yanaşı gənc yaşlı pasiyentlərdə bu xəstəliyin intensivliyinin artması orqanqoruyucu əməliyyatların (OQƏ) geniş istifadə edilməsini çox aktual edir. Bu əməliyyatlar zamanı 2 mühüm məqama riayət etmək lazımdır: maksimal onkoloji ehtiyatlıq və orqanın estetik görüntüsünü qoruyub saxlamaq. Kimyəvi dərman müalicəsinin və radioterapiyanın protokollarının təkmilləşməsi orqanqoruyu əməliyyatların uğurlu həyata keçmsinə geniş imkanlar açır. Xəstəliyin məhələsini, şişin molekulyar-bioloji xüsusiyyətlərini, bədləşmə dərəcəsinin nəzərə alınması, kombinəolunmuş və kompleks müalicə üsullarının istifadə edilməsi OQƏ-a düzgün xəstə seçimini təmin edir. Bu da öz növbəsində ümumi və residivsiz yaşama göstəricilərinə müsbət təsir edir.

Biblioqrafik istinadlar

www.ejcs.org

PDF
PDF

Açar sözlər

Breast cancer
complex treatment
recurrence Рак молочной железы
комплексное лечение
рецидив Süd vəzi xərçəngi
kompleks müalicə
rezidiv
Lisenziya Creative Commons

Bu iş mövcuddur Lisenziyalar Creative Commons «Attribution-NonCommercial-NoDerivatives» ("Attribution - Non-Commercial Use - No Derivatives") 4.0 Dünya Çapında .