Süd vəzi xərçəngi (SVX) xəstələrində aksilyar limfa düyünlərinə metastazlar mühüm proqnostik əhəmiyyətə malik olub, xəstələrin yaşama göstəricilərinə təsir göstərir. İlk şişin xüsusiyyətlərindən və metastatik regionar limfa düyünlərinin sayından və patoloji dəyişikliklərindən asılı olaraq xəstələrə kompleks müalicənin tərkibində neadyuvant və ya adyuvant kimyəvi dərman müalicəsi (KDM), habelə hormonal terapiya təyin edilir.
www.ejcs.org